Ana Sayfa > Karusel / Gündəm > Zelenski: “Aİ-də olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur”

Zelenski: “Aİ-də olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur”


12-03-2022, 20:40. Yazar: Admin

Зеленський спростив набуття громадянства для іноземців, що воювали за Україну

Avropa İttifaqı (Aİ) Ukraynanın Aİ-yə üzvlüyünü açıq şəkildə bəyan etməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Hesab edirik ki, biz Avropa İttifaqında olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur. Bizi konkret olaraq dəstəkləmək lazımdır", - dövlət başçısı deyib.

Zelenskinin sözlərinə görə, hər hansı səbəblərdən, tarixlərdən danışmağa lüzum yoxdur. "Buna ehtiyac yoxdur. Heç kimə maraqlı deyil. Biz bu gün müharibədəyik və dünyaya verdiyimiz bütün sualların cavabını bu gün eşitmək istəyirik. Əgər NATO “yox” deyirsə, deməli eşidirik. Əgər Aİ “hə” deyirsə, onda bunu hamıya konkret deməliyik, diplomatiyanın damcıları arasında tarazlığı saxlamamalıyıq, çünki siz tamamilə yağışın altında qalacaqsınız”, - Zelenski vurğulayıb.


Geri dön