Ana Sayfa > Karusel / Gündəm > Fransa prezidentliyinə namizəd Zemmurun başına yumurta atılıb

Fransa prezidentliyinə namizəd Zemmurun başına yumurta atılıb


12-03-2022, 20:37. Yazar: Admin

Fransa prezidentliyinə namizəd Zemmurun başına yumurta atılıb - VİDEO

Fransa prezidentliyinə namizəd Erik Zemmurun Moissak şəhərinə səfəri zamanı başına yumurta dəyib.

Qarabaginfo.az BFMTV kanalına istinadən xəbər verir ki, Zemmur Agen şəhərində seçicilərlə planlaşdırılan görüşdən əvvəl Moissaka gəlib.

O, maşından düşən zaman naməlum şəxs onun başına yumurta atıb.

Mühafizəçi dərhal hücum edən şəxsi saxlayıb.

Telekanalın məlumatına görə, Zemmura yumurta atan şəxsin uşağı əlildir. Güman edilir ki, yumurtanı atan şəxs Zemmurun Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı xoş olmayan çıxışlarından qəzəblənib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.


Geri dön