Ana Sayfa > Karusel / Gündəm > Gimnastlarımız daha 2 medal qazandı
Gimnastlarımız daha 2 medal qazandı12-03-2022, 20:24. Yazar: Admin |
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının 3-cü gününə yekun vurulub. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan gimnastları üçüncü yarış gününü 1 gümüş və 1 bürünc medalla başa vurublar. Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz temp hərəkətində ikinci olub. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz də temp hərəkətində fərqlənib. Onlar bürünc medala sahib olublar. Geri dön |