Ana Sayfa > Karusel / Gündəm > "Cinayətkarlıqla mübarizənin kəsərliliyi artırılsın" - Baş prokurordan tapşırıq

"Cinayətkarlıqla mübarizənin kəsərliliyi artırılsın" - Baş prokurordan tapşırıq


12-03-2022, 18:31. Yazar: Admin

"Cinayətkarlıqla mübarizənin kəsərliliyi artırılsın" - Baş prokurordan tapşırıq

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Lənkəran Hərbi, Lerik və Astara rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüş zamanı Baş prokuror cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılmışdır.

Qeyd edək ki, Kamran Əliyev martın 11-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

 


Geri dön