Ana Sayfa > Karusel / Siyasət > Türkmənistandakı seçicilərin böyük əksəriyyəti səs verib

Türkmənistandakı seçicilərin böyük əksəriyyəti səs verib


12-03-2022, 18:28. Yazar: Admin

 

Bu gün Türkmənistanda keçirilən erkən prezident seçkisində seçicilərin böyük əksəriyyəti səs verib.

Qarabaginfo.az ölkənin Mərkəzi Seçki Komisiyasına istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-a olan məlumata əsasən, seçicilərin 86,34 faizi, yəni 2,9 milyondan çoxu səs verib.

Balkan vilayətində seçicilərin 89,71, Ahal vilayətində 87,22, paytaxt Aşqabadda 86,76, Mərv vilayətində 86,7, Ləbab vilayətində 85,39, Daşoğuz vilayətində isə 85,15 faizi səsvermədə iştirak edib

Səsvermə yerli vaxtla saat 19-da başa çatacaq.

Xatırladaq ki, seçkilərdə ölkədə rəsmi qeydiyyatdan keçmiş üç partiyanı təmsil edən 9 namizəd iştirak edir. Seçkilərdə iştirak etmiş seçicilərin yarısından çoxu tərəfindən dəstəklənən namizəd seçkilərin qalibi sayılır. Yeni dövlət başçısının andiçmə mərasimi martın 19-da keçiriləcək.


Geri dön