Ana Sayfa > Karusel / Gündəm > Çörəyin qiyməti yenidən bahalaşacaq?
Çörəyin qiyməti yenidən bahalaşacaq?12-03-2022, 18:10. Yazar: Admin |
Çörək və digər un məmulatları yenidən bahalaşa bilər. Qarabaginfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, dünya bazarında buğdanın qiyməti son 2 həftə ərzində 40 faiz bahalaşıb. Çikaqo birjasında taxılın 1 tonu 485 ABŞ dollara təklif olunub. Hansı ki, bu məbləğ ötən il 240 dollar idi. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bahalaşma, əsasən Rusiya-Ukrayna müharibəsi fonunda baş verir. Onun sözlərinə görə, proses dərinləşməkdə davam edəcək. Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Ekspertin fikrincə, qiymət artımı ölkəmizə də təsirsiz ötüşməyəcək. Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan buğdanın 80-85 faizini Rusiyadan alır. Ona görə də şimal qonşumuzun ixracla bağlı qəbul etdiyi qərarlar ölkəmizdə də taxılın qiymətinə təsir edə bilər. Ekspertin fikrincə, qlobal bahalaşma fonunda xüsusilə çörəyin qiyməti sabit saxlanmalıdır. İqtisadiyyat Nazirliyindən isə "Xəbər Ertəsi"nə bildirilib ki, hazırda bazarda çörəyin qiymətinin bahalaşması müşahidə edilmir. Geri dön |