Ana Sayfa > Karusel / Siyasət > XİN başçısı: "Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığı bir çox ölkələr üçün nümunədir"

XİN başçısı: "Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığı bir çox ölkələr üçün nümunədir"


12-03-2022, 18:00. Yazar: Admin

Ceyhun Bayramov: “Ermənistan öhdəliklərini hələ də yerinə yetirmir” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Siyasi dillə desək, Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızdakı müvafiq razılaşmalar münasibətlərimizi strateji tərəfdaş səviyyəsinə çatdırıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Sadə dillə desək, bu, dostluq, mehriban qonşuluq, kökü əsrlərlə əvvələ gedib çıxan münasibətlərdir. Azərbaycan və Gürcüstanın ən yeni tarixinə gəldikdə isə, biz eyni zamanda yenidən suverenlik və müstəqilliyimizi əldə etmişik. Fikrimcə, bu 30 il ərzində birgə layiqli yol qət etmişik. Lakin, təəssüf ki, Cənubi Qafqazın da daxil olduğu regionumuz çox sayda çağırışlarla üz-üzə gəlib. Amma demək istərdim ki, biz öz bölgəmizdə çətin günlərdən, müharibələrdən keçmişik. Bu baxımdan, Azərbaycan və Gürcüstan bu kimi dövrlərdən ləyaqətlə çıxıb. Çətin vaxtlarda hər zaman bir-birimizə dayaq olmuşuq. Düşünürəm ki, bunu həm Azərbaycanda, həm də Gürcüstanda yaxşı xatırlayırlar”, - nazir bildirib.

XİN başçısının sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığı bir çox ölkələr üçün nümunədir:

“Məhz bunun sayəsində biz əhəmiyyəti region çərçivəsindən daha uzağa gedib çıxan layihələrlə çıxış etməyə başlamışıq. Bura enerji layihələr daxildir. Fikrimcə, biz müəyyən mənada Avropanın enerji xəritəsini dəyişə bilmişik. Bura həm də nəqliyyat, iqtisadiyyatın müxtəlif sahələrindəki layihələr daxildir”.


Geri dön