Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Antalyada 15-ə yaxın görüş keçirib

Ceyhun Bayramov Antalyada 15-ə yaxın görüş keçirib


12-03-2022, 17:58. Yazar: Admin

Ceyhun Bayramov: “Ermənistan öhdəliklərini hələ də yerinə yetirmir” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Antalya Diplomatiya Forumunda görüşlərimiz, müzakirələrimiz başa çatmaq üzrədir. Fikrimcə, Antalya Diplomatiya Forumu bütün dünyanın marağına səbəb olan, beynəlxalq münasibətlər sistemindəı xüsusi yeri olan tədbirə çevrilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 20-ə yaxın dövlət və hökumət başçısının, 80-ə yaxın xarici işlər nazirinin, həmçinin aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələri maraqlı və səmərəli keçib: “Azərbaycan nümayəndə heyəti adından Antalya Diplomatiya Forumunun kifayət qədər faydalı olduğunu deyə bilərəm. Fürsətdən istifadə edərək həmkarlarımla, digər diplomatlarla 15-ə yaxın görüşlər keçirdim. Eyni zamanda Cənubi Qafqazla bağlı panel müzakirəsində də iştirak etdim. Əminəm ki, danışıqlar, müzakirələr fayda verəcək”.


Geri dön