Ana Sayfa > Karusel / Siyasət > "3+3" üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir

"3+3" üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir


12-03-2022, 17:04. Yazar: Admin

"3+3" üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir

"Azərbaycan "3+3" əməkdaşlıq platformasını dəstəkləyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, artıq "3+3" formatı üzrə ilk iclas keçirilib: “Biz burada əsasən regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq ilk növbədə regionun problemlərini özümüz həll etməliyik, əməkdaşlıq üçün olan böyük potensialı bir araya gətirməliyik. Məsələn, Azərbaycan-Türkiyə-İran arasında son nəqliyyat anlaşmasını misal göstərmək olar. Bu, bizim regionumuzla bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, "3+3" formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə "3+3" formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.


Geri dön