Ana Sayfa > Karusel / Siyasət > ABŞ dövlət katibi ilə Ukrayna XİN başçısı arasında telefon danışığı olub
ABŞ dövlət katibi ilə Ukrayna XİN başçısı arasında telefon danışığı olub12-03-2022, 16:47. Yazar: Admin |
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub. Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib. Tərəflər Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü müzakirə ediblər. Diplomatlar, həmçinin Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyaları barədə fikir mübadiləsi aparıblar. ABŞ-ın dövlət katibi Ukraynanın ərazi bütövlüyünü və haqlı mübarizəsini dəstəklədiyini söyləyib. Qeyd edək ki, martın 10-da Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və üçtərəfli görüşü keçirilmişdi. Geri dön |