Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub


12-03-2022, 15:18. Yazar: Admin

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Martın 12-si Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, General-polkovnik Z.Həsənov cənab H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.


Geri dön