Ana Sayfa > Karusel / Siyasət > Antalya Diplomatiya Forumu çox əlverişli platformadır -DEPUTAT

Antalya Diplomatiya Forumu çox əlverişli platformadır -DEPUTAT


12-03-2022, 13:38. Yazar: Admin
Antalya Diplomatiya Forumu çox əlverişli platformadır -DEPUTAT

Antalya Diplomatiya Forumunda iştirak edən dünya liderləri və söz sahiblərinin birbaşa dialoq quraraq alacaqları qərarları hərkəs maraqla və böyük ümidlə gözləməkdədir.

Antalya Diplomatiya Forumu liderlərin, siyasətçilərin, elm adamlarının, diplomatların, nüfuzlu iş adamlarının bir ara gələrək global və regional məsələləri müzakirə etməsi, həll yollarının müəyyən edilməsi üçün hazırlanmış bir dialoq platformasıdır.
2021 ci ildə ilk dəfə keçirilmiş Antalya Diplomatiya Forumu dünyanı cənginə almış COVİD-19 pandemiyasına rəğmən bir çox dövlət və hökumət baçısının da qatıldığı 2 minə yaxın iştirakçını bir araya gətirə bildi.

Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Bu ilin 11-13 Mart tarixlərində keçiriəcək forumun əsas başlığının “Diplomatiyanın Yenidən Qurulması” olması hazırda dünyada gedən geosiyasi proseslərə çevik və həll yönümlü töhvələr verməyi hədəflədiyini göstərir. 20 Dövlət və hökumət başçısı, 70 dən artıq baş nazir, 50 yə yaxın beynəlxalq təşkilat, 200- dən artıq medya nümayəndəsinin də qatıldığı forumda 2500 dən çox iştirakçı dünyanın və regionun taleyüklü məsələlərini müzakirə edəcəklər.
Sayca ikincisi keçiriləcək forum gənc olmasına baxmayaraq artıq dünyada mövcud olan Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi mötəbər qurumlar arasında öz layiqli yerini almaqdadır.
Təbii ki, belə bir önəmli forumun Azərbaycana dost və qardaş Türkiyə tərəfindən düzənlənməsi ölkəmiz üçün bir çox cəhətdən müstəsna önəm daşıyır.
Ümümmilli lider Heydər Əliyevin layiqli davamçısı Preziden İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin Türkiyə ilə olan münasibətləri belə dəyərləndirmişdir: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin beynəlxalq ictimaiyyətə və birbaşa rəsmi dairələrə çatdırılması, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu çox əlverişli platformadır.
Dünyada cərəyan edən mürəkkəb və insanlığı təhdid edən pandemiya, iqtisadi problemlər, enerji problemləri və müharibələr fonunda Antalya Diplomatiya Forumunda iştirak edən dünya liderləri və söz sahiblərinin birbaşa dialoq quraraq alacaqları qərarları hərkəs maraqla və böyük ümidlə gözləməkdədir.


Geri dön