Ana Sayfa > Karusel / Siyasət > Kiyevdə zərbələr nəticəsində inzibati bina yandı - Foto

Kiyevdə zərbələr nəticəsində inzibati bina yandı - Foto


12-03-2022, 12:38. Yazar: Admin

 

Kiyevdə Podil istiqamətində rus ordusunun zərbəsi nəticəsində inzibati bina yanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Dövlət Xidməti Teleqramda məlumat yayıb.

Məlumata görə, yanğınla bağlı xəbər saat 6:17-də daxil olub.

Hazırda yanğın söndürülüb. Yanğının söndürülməsinə 5 texnika və 24 nəfər cəlb olunub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

 


Geri dön