Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynada vurduğu obyektlərin sayını açıqladı

Rusiya Ukraynada vurduğu obyektlərin sayını açıqladı


12-03-2022, 12:28. Yazar: Admin

Rusiya Ukraynada vurduğu obyektlərin sayını açıqladı

“Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat başlayandan etibarən Ukraynanın hərbi infrastrukturunun 3491 obyektini sıradan çıxarıb”.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb. 

Onun sözlərinə görə, bu müddət ərzində Ukraynaya məxsus 123 PUA, 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəşi sistemi və s. məhv edilib. 

O həmçinin bildirib ki, martın 12-si səhər saatlarında Ukraynanın Vasilkov şəhərində hərbi aerodroma və Brovarıda Ukrayna Silahlı Qüvvələrinin əsas radio və radiotexnika kəşfiyyat mərkəzinə də zərbələr endirilib. 

“Ötən sutka ərzində Ukraynaya məxsus ikisi “Bayraktar TB-2” olmaqla 5 PUA vurulub”, - deyə Konaşenkov əlavə edib.


Geri dön