Ana Sayfa > Karusel / Region > Türkmənistanda iki saat ərzində seçicilərin 25,24 faizi səsvermədə iştirak edib

Türkmənistanda iki saat ərzində seçicilərin 25,24 faizi səsvermədə iştirak edib


12-03-2022, 10:12. Yazar: Admin

Türkmənistan vətəndaşları Bakıda seçki məntəqəsində səsvermədə iştirak edirlər (FOTO)

Türkmənistanda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ötən 2 saat ərzində səsvermədə seçicilərin 25,24 faizi iştirak edib.

Qeyd edək ki, seçkilərdə ölkədə rəsmi qeydiyyatdan keçmiş üç partiyanı təmsil edən 9 namizəd iştirak edir. Bütövlükdə, qeydiyyatdan keçmiş 3 459 063 seçici ölkədə açılmış 2 577, xaricdə açılmış 41 seçki məntəqəsində səs verir. Qüvvədə olan Seçki Məcəlləsinə əsasən,seçkilərin nəticəsi 7 gün ərzində açıqlanmalıdır. Seçkilərdə iştirak etmiş seçicilərin yarısından çoxu tərəfindən dəstəklənən namizəd seçkilərin qalibi sayılır.


Geri dön