Ana Sayfa > Karusel / Siyasət > Nazir müavini: “XİN Ukraynadan təxliyə ilə bağlı müvafiq qurumlarla əlaqələndirilmiş iş aparır"
Nazir müavini: “XİN Ukraynadan təxliyə ilə bağlı müvafiq qurumlarla əlaqələndirilmiş iş aparır"11-03-2022, 19:08. Yazar: Admin |
“Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir. Bu, böyük prosesdir. Böyük humanitar fəlakətdir”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təkcə azərbaycanlılar yox, digər ölkələrin vətəndaşları da Ukraynadan təxliyə edilir. “Bütün mövcud imkanlardan istifadə edilərək, vətəndaşlarımızın Azərbaycana gətirilməsi təşkil olunur. Səfirliklərimiz fəal iş görürlər. Xarici İşlər Nazirliyi müvafiq qurumlarla birgə əlaqələndirilmiş iş aparır. Yəni, bu iş davam edir. Müvafiq qurumların hamısı bu işə cəlb olunub. Bakıya gətirilmə ilə müxtəlif səfirliklərimiz məşğul olur. Müharibə gedir, həlak olanlar da, xəsarət alanlar da var. İmkan daxilində bütün bu faktlar nəzərə alınır və hökumət tərəfindən lazımi köməkliklər göstərilir. Bu həmin şəxslərin qohumlarının iştirakından, arzusundan asılıdır. Müharibə vəziyyətində bütün imkanlar nəzərə alınır”, - nazir müavini qeyd edib. Geri dön |