Ana Sayfa > Karusel / Gündəm > Keçən il Azərbaycanda 6 tondan çox narkotik dövriyyədən çıxarılıb
Keçən il Azərbaycanda 6 tondan çox narkotik dövriyyədən çıxarılıb11-03-2022, 18:25. Yazar: Admin |
Hüquq-mühafizə orqanları tərəfindən 2021-ci il ərzində 8535 fakt üzrə 6 ton 607 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qarabaginfo.az-ın xəbərinə görə, bu, bu gün Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın videokonfrans formatında növbəti iclasında açıqlanıb. Komissiyanın sədri qeyd edib ki, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 91 kiloqramı ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilib. Geri dön |