Ana Sayfa > Karusel / Region > Peskov: "Rusiyada defolt üçün heç bir şərt yoxdur"
Peskov: "Rusiyada defolt üçün heç bir şərt yoxdur"11-03-2022, 15:24. Yazar: Admin |
Rusiyada defolta gətirib çıxaracaq heç bir şərt mövcud deyil. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib. "Biz maliyyə qurumlarının rəhbərlərinin, Maliyyə Nazirliyinin bütün xarici borcları rublla ödəmək üçün lazımi möhkəm ehtiyatlara malik olmağa hazır olduqları barədə bəyanatını eşitdik. Faktiki olaraq, süni şəkildə yaradılıb bizə aid edilmədikcə defolt üçün heç bir şərt yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb. Peskov ölkənin bütün xarici borclarını rublla ödəmək üçün ehtiyatlara malik olduğunu bildirib. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə defolt ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, misli görünməmiş sanksiyalar Rusiyanı tənəzzülə sürükləyib.(Apa) Geri dön |