Ana Sayfa > Karusel / Gündəm > Qulluq stajına görə əlavə pensiya alanların SAYI

Qulluq stajına görə əlavə pensiya alanların SAYI


11-03-2022, 12:19. Yazar: Admin

"Qulluq stajına görə əlavə vəsait alan pensiyaçıların sayı 102 min nəfər təşkil edir"

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev məlumat verib. Onun sözlərinə görə, bu şəxslərin 70 minə yaxını hərbi rütbəlilərdir.

 

"Prezidentin sərəncamının əsas hədəfi məhz hərbi rütbəli şəxslər idi. Amma qulluq stajına görə pensiya alanlar arasında digər qurumların əməkdaşları da var". 

 

Xatırladaq ki, martın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək.


Geri dön