Ana Sayfa > Karusel / Siyasət > Süleymaninin dəfnində ölənlərin sayı artdı
Süleymaninin dəfnində ölənlərin sayı artdı7-01-2020, 18:20. Yazar: Admin |
Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb. Qarabaginfo “Qafqazinfo.az”a istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. *** “İnterfaks” xəbər verir ki, xəsarət alanların sayı 190 nəfərə çatıb. *** Qasım Süleymani ilə vida mərasimində ölənlərin sayı artaraq 50 nəfər olub. Onların əksəriyyəti kişilərdir. Yaralıların sayı isə 200 nəfəri ötüb.
Geri dön |