Ana Sayfa > Karusel / Dünya > Aİ Rusiya və Belarusu hədələyib: Müharibəyə görə məsuliyyət daşıyacaqlar
Aİ Rusiya və Belarusu hədələyib: Müharibəyə görə məsuliyyət daşıyacaqlar11-03-2022, 08:57. Yazar: Admin |
Rusiya iki həftə əvvəl müharibəni Avropaya qaytarıb. Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz hərbi təcavüzü beynəlxalq hüququ, BMT nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur, Avropa, qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir. Bu müharibə Ukrayna əhalisinin ifadə edilə bilməyən iztirablarına səbəb olur. Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) martın 10-11-də Versalda (Fransa) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində qəbul edilən qətnamədə yer alıb. “Rusiya və onun tərəfdaşı Belarus bu işğalçı müharibəyə görə tam məsuliyyət daşıyır və məsul şəxslər bu təcavüzkar cinayətlər, o cümlədən mülki əhaliyə və mülki obyektlərə qarşı ayrı-seçkilik olmadan zərbələr endirmək üçün məsuliyyət daşıyacaqlar”, - qətnamədə deyilir. Bundan əlavə, Aİ müvafiq Komissiyanı Moldova və Gürcüstanın İttifaqa üzvlüklə bağlı müraciətləri üzrə ərizəyə öz rəyini təqdim etməyi təklif edib. Geri dön |