Ana Sayfa > Karusel / Region > 64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - Fotolar

64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - Fotolar


11-03-2022, 08:54. Yazar: Admin

64 kilometrlik rus kalonunun aqibəti necə oldu?

Bir neçə gün öncə Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kalonla bağlı yeni məlumatlar yayılıb.

“Qafqazinfo”nun “Maxar Technologies”ə istinadən məlumatına görə, peykdən çəkilmiş yeni görüntülər göstərir ki, kalonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib. 

Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.

Yedəklənmiş artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.

Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, bir neçə yanacaq daşıyan maşın və peyklərin məlumatına görə, çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.

Qeyd edək ki, bundan əvvəl Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında Ukrayna ordusu rusların 7 tank və 1 BRM-ni ələ keçirmişdi.(qafqazinfo) 



 


Geri dön