Ana Sayfa > Karusel / Region > Liz Trass Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Liz Trass Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb


11-03-2022, 07:46. Yazar: Admin

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass

 

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya qarşı daha sərt beynəlxalq sanksiyaların tətbiqinə çağırış edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş diplomat Vaşinqtonda Atlantik Şurada çıxış edərəkən deyib

“Böyük Britaniya tarixində ən sərt sanksiyalar paketi tətbiq edərək, Rusiyaya zərbə vurdu. Biz 258 milyard funt-sterlinq aktivə zərər vurduq”, - deyə Trass bildirib.

Britaniyalı nazir bildirib ki, bu qadağalar kifayət etmir vı siyahı uzadılmalıdır.

“Biz sanksiyalar yolu ilə daha da irəli getməli və SWIFT-ə tam qadağa qoyulması, Rusiya banklarının bütün aktivlərinin dondurulması və daha çox ölkəni bu səylərə qoşulmağa çağırış etməliyik”, - deyə o bildirib.

Lizz Trass bildirib ki, Uraynanın müdafiəsi üçün bu ölkəyə silah tədarükü artırılmalıdır.


Geri dön