Ana Sayfa > Karusel / Dünya > Bayden: "Yanacaq qiymətlərinin artması amerikalılar üçün ağrılı mövzudur"

Bayden: "Yanacaq qiymətlərinin artması amerikalılar üçün ağrılı mövzudur"


11-03-2022, 07:19. Yazar: Admin

Co Bayden

 

ABŞ-da yanacağın pərakəndə satış qiymətinin artması amerikalılar üçün ağrılıdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının Milli Komitəsinin üzvləri qarşısında çıxışı zamanı deyib.

Amerikalı lider bildirib ki, ölkəsi neft hasilatını artırmaq niyyətindədir.

Ağ Ev rəhbəri qeyd edib ki, amerikalılar ölkədə benzinin bahalaşmasını artıq hiss edirlər.

“Düşünürəm ki, amerikalılar bu mübarizənin nə qədər vacib olduğunu bilirlər", - deyə Bayden əlavə edib.

Xatırladaq ki, ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti ardıcıl üçüncü gündür ki, tarixi maksimumu yeniləyir.

Cümə axşamı “Regular” markalı (Rusiya Federasiyasında AI-92 benzininə uyğundur) bir qallon (3,785 litr) üçün 4,31 dolları ötüb. Bayden çərşənbə axşamı Rusiyadan enerji idxalını və Rusiyanın enerji sektoruna yeni investisiyalarını qadağan edən fərman imzalayıb.


Geri dön