Ana Sayfa > Karusel / Gündəm > Ağ Ev Venesueladan neft almadığını deyib

Ağ Ev Venesueladan neft almadığını deyib


10-03-2022, 23:59. Yazar: Admin

Ağ Ev Venesueladan neft almadığını deyib

Amerika Birləşmiş Ştatları hazırda Venesuela ilə neft alışı barədə danışıqlar aparmır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu sözləri cümə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

 

“Onlar çox böyük neft tədarükçüsüdür. Amma hazırda onların neftinin idxalı ilə bağlı aktiv söhbət yoxdur" deyə Psaki bildirib.

Bundan əlavə Ağ Evin mətbuat katibi iddia edib ki, Venesueladahəbsdə olan iki Amerika vətəndaşının sərbəst buraxılması Vaşinqtonun Karakasa qarşı məhdudlaşdırıcı tədbirləri yumşaltması anlamına gəlməməlidir.


Geri dön