Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib


10-03-2022, 23:11. Yazar: Admin

Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.

Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini də müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirləri Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini də müzakirə ediblər.


Geri dön