Ana Sayfa > Karusel / Siyasət > İran XİN: ABŞ nüvə sazişi ilə bağlı qəbuledilməz şərtlər irəli sürüb

İran XİN: ABŞ nüvə sazişi ilə bağlı qəbuledilməz şərtlər irəli sürüb


10-03-2022, 22:30. Yazar: Admin

İran XİN: ABŞ nüvə sazişi ilə bağlı qəbuledilməz şərtlər irəli sürüb

Amerika tərəfinin nüvə sazişi ilə bağlı irəli sürdüyü bir sıra yeni təkliflərin heç bir məntiqi əsası yoxdur.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İtifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığı zamanı deyib.

“Amerikalıların bəzi yeni təklifləri heç bir məntiqi əsasa malik deyil və bu, ölkənin nüvə sazişi üzrə razılığına ziddir”, - deyə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Əmir Abdullahiyanın sözlərinə görə, İran tərəfi hər zaman bu məsələdə təzyiqlə üzləşib.


Geri dön