Ana Sayfa > Karusel / Siyasət > Boris Conson: “Biz Putini bu ağır cinayətlərinə görə məsuliyyətə cəlb edəcəyik”

Boris Conson: “Biz Putini bu ağır cinayətlərinə görə məsuliyyətə cəlb edəcəyik”


10-03-2022, 18:26. Yazar: Admin

Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə günü Rusiya qoşunlarının Ukraynanın cənubunda yerləşən Mariupol şəhərindəki uşaq xəstəxanası və doğum evini atəşə tutmasını pisləyib.

“Həssas və köməksizlərə hücum etmək olduqca ağır cinayətdir. Böyük Britaniya Ukraynaya hava hücumlarından müdafiə üçün əlavə dəstək yollarını axtarır və biz Putini onun ağır cinayətlərinə görə məsuliyyətə cəlb edəcəyik”, - Conson “Twitter” səhifəsində yazıb. O, həmçinin “PutinMustFail” (Putin çökməlidir – red.) heşteqini də paylaşımına əlavə edib.


Geri dön