Ana Sayfa > Karusel / Gündəm > "Kaspersky" "Formula-1"dən xaric edilib

"Kaspersky" "Formula-1"dən xaric edilib


10-03-2022, 18:09. Yazar: Admin

"Kaspersky" "Formula-1"dən xaric edilib

İtaliyanın "Ferrari" şirkəti Ukrayna hadisələri fonunda Rusiyanın "Kaspersky" şirkətini "Formula-1" yarışlarında "Scuderia Ferrari" komandasına sponsorluq etməkdən kənarlaşdırıb.

Qarabaginfo.az "CNews"a istinadən xəbər verir ki, Rusiya şirkətinin loqosu artıq "Scuderia Ferrari" saytından və onun avtomobillərindən çıxarılıb. Loqonun əvəzinə "#essereFerrari" yazısı yerləşdirilib.

"Ferrari" ilə sponsorluq müqaviləsinin sonda ləğv edilib-edilməməsi məsələsinə gəldikdə, "Kaspersky" nümayəndələri tərəflər arasında tərəfdaşlıq müqaviləsinin müvəqqəti dayandırıldığını bildirib.


Geri dön