Fevralın 24-dən bəri Moskva şəhər məhkəmələri icazəsiz etirazçılara qarşı 1300-dən çox inzibati işə baxıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, 228 nəfər inzibati həbs cəzası alıb, 1100-dən çox fəal cərimələnib.

Məhkəmələrə ümumilikdə 4350-dən çox inzibati iş daxil olub. Baxılan materialların əksəriyyəti yalnız cərimələri nəzərdə tutur. Protokollar əsasən 16-22 yaş arası gənclər üçün tərtib edilib.

Rusiyanın bir çox şəhərlərində fəallar Ukraynada müharibə əleyhinə piket, mitinq və yürüşlərdə iştirak edirlər.

Məlumata görə, son iki həftədə 14 minə qədər insan saxlanılıb. Onlardan 4700-dən çoxu təkcə bazar günü, martın 6-da Rusiyanın onlarla şəhərində mitinqlər keçirilən zaman həbs edilib. Bunun Rusiyanın ən yaxın tarixində bir gündə ən çox insanın həbs edildiyi təxmin edilir.