Ana Sayfa > Karusel / Region > Rusiya bəzi məhsulların ixracına qadağa qoyub
Rusiya bəzi məhsulların ixracına qadağa qoyub10-03-2022, 17:01. Yazar: Admin |
Qərbin sanksiyalarına cavab olaraq Rusiya hökuməti bu ilin sonunadək ixracı qadağan olunan məhsul və avadanlıqların siyahısını müəyyənləşdirib. Qarabaginfo.az Rusiya hökumətinin açıqlamasına istinadən xəbər verir ki, siyahıya texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, o cümlədən dəmiryol vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, konsollar və panellər daxil olmaqla ümumilikdə 200-dən çox çeşid daxildir. Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün lazımdır. "Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün zəruridir", - açıqlamada deyilir. Geri dön |