Ana Sayfa > Karusel / Region > Kuleba: "Rusiya qoşunları Çernobıl və Zaporojye AES-lərdən çıxarılmalıdır"

Kuleba: "Rusiya qoşunları Çernobıl və Zaporojye AES-lərdən çıxarılmalıdır"


10-03-2022, 16:06. Yazar: Admin

Dmitri Kuleba, Rafael Qrossi

 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Antalyada görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Rusiyanın işğalı fonunda Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsi yollarını müzakirə etmək üçün Antalyada AEBA-nın baş direktoru ilə görüşdüm. Mən bir daha vurğulayıram: Rusiya Avropada fəlakətin qarşısını almaq üçün dərhal Çernobıl və Zaporojye AES-lərdən qoşunlarını çıxarmalıdır", ukraynalı nazir bildirib.


Geri dön