Ana Sayfa > Karusel / Region > Medvedyev Rusiyada “McDonald's”ın bağlanmasına münasibət bildirib

Medvedyev Rusiyada “McDonald's”ın bağlanmasına münasibət bildirib


10-03-2022, 15:53. Yazar: Admin

Medvedyev Rusiyada “McDonald

Rusiya Federasiyası Təhlküəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “McDonald's” restoranlar şəbəkəsinin Rusiyada bağlanması xəbərinə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Medvedyev “Vkontakte” sosial şəbəkəsindəki hesabında dünyanın məşhur “fast-food” brendlərindən olan “McDonald's” barədə belə yazıb.

"Axı biz özümüz əla keyfiyyətli “kotlet” və “kökə” istehsal edə bilərik. Yeri gəlmişkən, bunu sanksiyalar altında olan iş adamları edə bilər. McDonald's-a salam!"- deyə Rusiyanın eks-prezidenti vurğulayıb.

Qeyd edək ki, “McDonald's”ın rəhbərliyi Rusiyada 850 restoranının müvəqqəti olaraq fəaliyyətini dayandırması barədə qərar verib.


Geri dön