Ana Sayfa > Karusel / Region > Lavrov: “Biz silahsızlaşdırılmış, rus dilini qadağan etməyən Ukrayna istəyirik”
Lavrov: “Biz silahsızlaşdırılmış, rus dilini qadağan etməyən Ukrayna istəyirik”10-03-2022, 15:22. Yazar: Admin |
Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik. Qarabaginfo.az xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”. Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”. XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır. Geri dön |