Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Bu jurnalistlərin deputatlığa namizədliyi təsdiqləndi
Bu jurnalistlərin deputatlığa namizədliyi təsdiqləndi5-01-2020, 13:28. Yazar: Admin |
9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün seçki marafonuna qoşulan daha iki jurnalistin namizədliyi qeydə alınıb.
Qarabaginfo "Modern.az"a istinadən xəbər verir ki, Qənirə Paşayevanın namizədliyi 105 saylı Tovuz Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun da namizədliyi qeydə alınıb.
"Kaspi" qəzetinin jurnalisti Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb.
Zaur Əhməd sosial şəbəkə hesabında qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub: "Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər.
Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd olub.
Namizədliyi qeydə alınanlardan biri də jurnalist Kəramət Böyükçöldür. Kəramət Böyükçöl 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olub.
Geri dön |