Ana Sayfa > Karusel / Region > Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək

Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək


10-03-2022, 08:35. Yazar: Admin

Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək - YENİLƏNİB

Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Qarabaginfo.az “Le Parisien” saytına istinadla xəbərinə görə, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Şəhərin bu hissəsində 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis oruyacaq. Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.


Geri dön