Ana Sayfa > Karusel / Gündəm > MN: Sülhməramlılar olan ərazidə vəziyyət Ordumuzun nəzarətindədir

MN: Sülhməramlılar olan ərazidə vəziyyət Ordumuzun nəzarətindədir


10-03-2022, 00:36. Yazar: Admin

MN: Sülhməramlılar olan ərazidə vəziyyət Ordumuzun nəzarətindədir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətlə bağlı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir.


Geri dön