Ana Sayfa > Karusel / Gündəm > Ukraynada əsir götürülən ruslar müharibənin başlama anından danışdılar
Ukraynada əsir götürülən ruslar müharibənin başlama anından danışdılar10-03-2022, 00:00. Yazar: Admin |
Ukraynada müharibədə əsir düşən və Rusiya hərbi kəşfiyyat bölməsində işləyən zabitlər paytaxt Kiyevdə keçirilən mətbuat konfransında açıqlama veriblər. Qarabaginfo.az xəbər verir ki, mətbuat konfransı Ukraynanın “İnterfaks” agentliyində keçirilib. Konfransda Ukraynanın Çerniqov vilayətində əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 15-ci Aleksandrovski briqadasının hərbi kəşfiyyat bölməsinin yeddi zabiti iştirak edib. Yerli və xarici mətbuat nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında əsir götürülən rus əsgərlər Ukraynaya gəlişlərindən danışıblar. Zabit Sergey Qalkin bildirib ki, 2013-cü ildən Rusiyanın Samarskaya vilayətində yerləşən tüfəng bölməsi ilə müqavilə əsasında hərbi xidmətdə olub. O qeyd edib ki, fevralın 1-də Belarusda ortaq təlimə qatılmaq adı ilə bütün heyət dəmir yolu ilə Bryanskaya vilayətinə təxliyyə edilib. Onlar meşəlik ərazidə qurulan düşərgədə qalıblar. Qalkin təxminən üç gün düşərgədə qaldıqdan sonra Ukraynaya hücum planından xəbərdar olduqlarını vurğulayıb: “Görüş zamanı komandirimiz Ali Baş Komandan (Rusiya Prezidenti) Vladimir Putinin Ukraynaya hücum və paytaxt Kiyevi tutmaq əmrini oxudu. Telefonlarımızı və şəxsiyyət vəsiqələrimizi alındı. Səhəri gün yola düşdük”. Zabit əlavə edib ki, onlar Ukraynanın Çerniqov vilayətinin sərhədinə yaxınlaşarkən maşınları bataqlıqda batıb və bəzi bölmələr sözügedən vasitələrin təhlükəsizliyini təmin etmək üçün dayanıb: “Həmin an bölkə sakinləri ilə qarşılaşdıq. Snayperimizin atəş açması ilə toqquşma başladı. Yerli sakinlərin əlində çox sayda silah olduğunu gördük. Bizim evimizə qayıtmağımızı istədilər. Biz elə o anda təslim olmaq qərarına gəldik”. Başqa bir zabit Vladimir Rasskazov isə əsgər yoldaşlarına “Silahlarınızı atın” deyib: “Mən Putinə də müraciət etmək istəyirəm. Mən onu Ukraynaya hücumlarını dayandırmağa çağırıram. Çünki geri qayıdanda ona qarşı çıxacaağıq”. Bildirilir ki, Ukrayna qüvvələri tərəfindən əsir götürülən zabitlər Krımın ilhaqı ilə yanaşı, Suriyada da hərbi polis vəzifəsində çalışıb. Geri dön |