Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Makronla Qarabağı müzakirə edib
Paşinyan Makronla Qarabağı müzakirə edib9-03-2022, 23:37. Yazar: Admin |
Parisdə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Yelisey sarayında keçirilən görüş zamanı Qarabağ məsələsi də müzakirə olunub. Məlumata görə, tərəflər 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Bundan əlavə, Paşinyan və Makron beynəlxalq arenada baş verən proseslər barədə fikir mübadiləsi aparıblar. Geri dön |