Ana Sayfa > Karusel / Gündəm > Ukraynaya daha 2 milyardlıq yardım ayrıldı

Ukraynaya daha 2 milyardlıq yardım ayrıldı


9-03-2022, 22:42. Yazar: Admin

Ukraynaya daha 2 milyardlıq yardım ayrıldı

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukrayna üçün 2 milyard avroluq maliyyə paketinin yaradıldığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, paket Ukraynadakı müharibədən zərər çəkən insanlara və şirkətlərə dəstək olmaq məqsədi daşıyır.

EBRD ümumi dəyəri 2 milyard avro olan maliyyə dayanıqlığı paketinin Ukraynadakı müharibədən əziyyət çəkən insanlar və şirkətlər tərəfindən tez və rahat şəkildə istifadə olunmağa hazır olduğunu açıqlayıb.

Bankın müharibədən zərər çəkmiş insanlara dəstəyini davam etdirəcəyi vurğulanıb.


Geri dön