Ana Sayfa > Karusel / Siyasət > ÜST: “Ukraynada sanitar hədəflərə 16 hücum qeydə alınıb”

ÜST: “Ukraynada sanitar hədəflərə 16 hücum qeydə alınıb”


9-03-2022, 22:24. Yazar: Admin

Maykl Rayan

Münaqişə Ukraynanın səhiyyə sistemini zəiflətsə də, o indiyədək müqavimət göstərə bilib.

Qarabaginfo.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.

Rayan əlavə edib ki, ÜST münaqişə dövründə sanitar hədəflərə 16 hücumu təsbit edib. Bu hücumlarda 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

“Mən Ukraynanın səhiyyə sisteminin çökəcəyini düşünmürəm. Əksinə, səhiyyə kifayət qədər dayanıqlıdır”, - deyə Rayan Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.


Geri dön