Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi


9-03-2022, 19:37. Yazar: Admin

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib. 


Geri dön