Ana Sayfa > Karusel / Gündəm > Mariupolda doğum evinə hücum olub, ölən və yaralananlar var
Mariupolda doğum evinə hücum olub, ölən və yaralananlar var9-03-2022, 19:26. Yazar: Admin |
Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb. "Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib. Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib: "Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir". Geri dön |