Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana gəlmək istəyən 5 “arzuolunmaz şəxs” saxlanılaraq geri qaytarılıb

Azərbaycana gəlmək istəyən 5 “arzuolunmaz şəxs” saxlanılaraq geri qaytarılıb


9-03-2022, 19:15. Yazar: Admin

Azərbaycana gəlmək istəyən 5 “arzuolunmaz şəxs” saxlanılaraq geri qaytarılıb

Ötən il dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 3211 nəfər barəsində müvafiq qərarlar verilib.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, xaric olunma faktları ilə bağlı 244 nəfər, ekstradisiya faktları ilə bağlı 62 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən 5 nəfər “arzuolunmaz şəxs” qismində saxlanılaraq geri qaytarılıb.

Hesabat dövründə ölkədən çıxışa dair məlumat olmadığı üçün 231 nəfər və digər səbəblərdən 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Geri dön