Ana Sayfa > Karusel / Gündəm > ABŞ sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib
ABŞ sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib9-03-2022, 18:23. Yazar: Admin |
ABŞ Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib. Qarabaginfo.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətləri “qara siyahıya” salınacaq. Rusiyaya müsir texnologiya avadanlığı tədarük edən Çin firmalarına ABŞ-dan proqram təminatı və avadanlıq almaq qadağan olunacaq. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Liszyan bildirib ki, rəsmi Pekin ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxır və Vaşinqtonu Çinin maraqlarına ziyan vurmamağa çağırır. Geri dön |