Ana Sayfa > Karusel / İdman > Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul edəcək


9-03-2022, 17:32. Yazar: Admin

Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən istefa verib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, qəbul prosesi saat 17:00-dan Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində başlayacaq.

Qəbula gəlmək istəyənlər martın 10-dək müvafiq rayonların Gənclər və İdman idarələri, eləcə də Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlamalıdırlar.

COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər qatıla bilərlər.


Geri dön