Ana Sayfa > Karusel / Gündəm > Hökumət: Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb
Hökumət: Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb9-03-2022, 15:17. Yazar: Admin |
Şanlı qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək baxımından əlverişli fürsət əldə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə hökumətin illik hesabatında bildirilib. “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb və onun fəaliyyəti üçün müvafiq tədbirlər davam etdirilməkdədir”, - sənəddə qeyd olunub. Geri dön |