Ana Sayfa > Karusel / Qarabağ > Hesabat: "Sülhməramlıların nəzarət etdiyi ərazidə təbii sərvətlərin istismarının qarşısı alınıb"

Hesabat: "Sülhməramlıların nəzarət etdiyi ərazidə təbii sərvətlərin istismarının qarşısı alınıb"


9-03-2022, 15:04. Yazar: Admin

  Ağdam təxribatı: Sülhməramlılar nəyi gizlədir? - Video

2021-ci il ərzində Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində xüsusilə təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası kimi qanunsuz fəaliyyətlərin, həmçinin həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması istiqamətində tədbirlər görülüb və müvafiq nəticələr əldə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bildirilib ki, həmin ərazidə qanunsuz telekommunikasiya xidmətlərinin qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə atılmalı vacib addımlardan biri kimi, Azərbaycanın inzibati ərazi vahidlərinin rəsmi qaydada standartlaşdırılmış adlarına müvafiq olaraq yenilənmiş Milli Nömrələmə Planı Beynəlxalq Kommunikasiya İttifaqına (BTİ) təqdim edilərək təsdiq etdirilib və BTİ-nin növbəti Bülletenində dərc olunaraq internet səhifəsində yerləşdirilməsi təmin edilib.


Geri dön