Ana Sayfa > Karusel / Sosial > Əli Əsədov icbari tibbi sığorta ilə bağlı müşavirə keçirib
Əli Əsədov icbari tibbi sığorta ilə bağlı müşavirə keçirib29-12-2019, 18:51. Yazar: Admin |
2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək.
Qarabaginfo "Azvision.az"a istinadən verir ki, bu sahədə indiyə qədər görülən işlər və gələn ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. Müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov deyib ki, 2017-ci ildən etibarən isə ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin durduğunu bir daha sübut etdi. 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir. Bildirilib ki, icbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq. Geri dön |