Ana Sayfa > Karusel / Region > Rusiya sosial partlayış ərəfəsində: Putini kim devirəcək?
Rusiya sosial partlayış ərəfəsində: Putini kim devirəcək?9-03-2022, 14:12. Yazar: Admin |
“Hazırda Rusiyada inqlabi şərait var. Əksər iri şəhərdə mitinqlər keçirilir. Xalq ayağa qalxıb, Putini Ukraynaya qarşı müharibəni dayandırmağa çağırırlar. Dünənə qədər insanlar yalnız antimüharibə xarakterli təkliflər irəli sürürdülər. İndi sosial xarakterli tələblər də gündəmə gəlib”. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Onun fikrincə, Rusiyada vəziyyət daha da gərginləşəcək: “Rusiyada yavaş-yavaş işsizlər ordusu meydana gəlir. Əhalinin maddi rifahı sürətlə aşağı düşür. Bu vəziyyət getdikcə daha da pisləşəcək. Lakin Putinin devriləcəyini çox da ehtimal etmirəm. Əgər xalq ayağı qalxsa, Moskvada 100 minlərin iştirak etdiyi mitinqlər keçirilsə, hansısa məqsədlərə nail ola bilərlər. Hazırda ayağa qalxan xalqa öndərlik edib, avanqardları olacaq siyasi təşkilat və ya siyasi lider yoxdur. Rusiyada xalqı içində populyar olan siyasi liderlər ya öldürülüb ya da Aleksey Navalnı kimi həbsə atılıb. Doğrudur, yeni liderlər də yetişir. Proses yeni başlayıb və mərhələ-mərhələ inkşaf edəcək. Artan sosial narazılıqlar siyasi hakimiyyəti xeyli təntidəcək. Aşağıdan olan təzyiqlər siyasi elitada çürümə prosesi yarada bilər. İnqlabçılar yox, Putinin ətrafı nələrsə etməyə çalışacaq”. Geri dön |